Həyat Üçün Elementlər

“Təbiət qanunlarının gördüyümüz kainatı meydana gətirmək üçün necə də fövqəladə şəkildə tənzimləndiyini gördüyünüz vaxt kainatın öz-özünə meydana gəlmədiyini, arxasında bir məqsədin olmalı olduğunu görürsünüz”.  İngilis fiziki Con Polkinhorn 84

Bura qədər yaşadığımız kainatın bütün fiziki tarazlığının bizim həyatımız üçün xüsusi olaraq tənzimlənmiş olduğunu araşdırdıq. Kainatın ümumi quruluşunun, planetimizin bu kainatdakı yerinin, onun fiziki xüsusiyyətlərinin, havanın, işığın və suyun, tam olaraq bizim ehtiyac duyduğumuz xüsusiyyətlərə sahib olduqlarını gördük. Lakin bir də bütün bunlardan savayı, sahib olduğumuz bədəni meydana gətirən elementləri də araşdırmalıyıq. Əlimizi, gözlərimizi, saçımızı, ağciyərlərimizi təşkil edən və ya bizə qida təmin edən bütün canlıları, bitkiləri, heyvanları, ağacları, quşları təşkil edən elementlər də, xüsusi yaradılmış təməl elementlərdir.

Fizik Robert Klarkın: “Yaradıcı həyatın yaradılması məqsədiylə istifadə olunmaq üçün xüsusi hissələr yaratmışdır” şəklindəki sözüylə 85 ifadə etdiyi kimi, Allah həyatın təməl elementlərini çox xüsusi və üstün xüsusiyyətlərlə yaratmışdır.

Bu təməl elementlərin ən mühümü isə karbondur.

Oxumağa davam et

Suyun Mükəmməl Quruluşu

Yer səthinin böyük hissəsi su ilə örtülmüşdür. Okeanlar və dənizlər yer səthinin dörddə üç hissəsini təşkil edirlər. Eləcə də, quruda da bir çox göl və çay var. Yüksək dağların zirvələrini örtən qar isə suyun donmuş halıdır. Yerdəki suyun mühüm hissəsi də səmadadır, belə ki, buludların hər birində minlərlə, bəzən milyonlarla ton su olur. Bu suların bir hissəsi isə hərdənbir damlalar halında yer stəhinə enər, yəni yağışa çevrilər. Hazırda tənəffüs etdiyimiz havada da, mütləq müəyyən miqdarda su buxarı var.

Bir sözlə, “yer səthinin harasına baxsaq orada su görərik” deyə bilərik. Lakin bundan daha da irəli gedə bilər və “hazırda içində olduğumuz otaqda belə, təxminən 40-50 litrlik su kütləsi var” deyə bilərik. Görəsən bu su kütləsini görə bilirsinizmi? Bir qədər diqqət yetirsəniz görəcəksiniz. Gözünüzü bu sətirlərdən ayırıb, əllərinizə, qollarınıza, ayaqlarınıza, bədəninizə baxmağınız kifayət edəcək. Çünki bu 40-50 litrlik su kütləsi sizsiniz!

Bu su kütləsi sizsiniz, çünki insan bədəninin təxminən 70%-i sudan ibarətdir. Hüceyrələrinizdə digər hər şeydən daha artıq miqdarda su var. Bədəninizin hər yerində dövr edən qanın yenə çox böyük hissəsi sudan ibarətdir. Sırf siz və digər insanlar deyil, bütün canlıların bədənlərinin böyük hissəsi sudan ibarətdir. Susuz həyatın ola bilməsi qeyri-mümkün görünür.

Su istənilən fiziki və kimyəvi xüsusiyyəti ilə həyat üçün yaradılmış xüsusi bir maddədir.

Oxumağa davam et

Atmosferin uyğunluğu

Yer kürəsi indiyə qədər araşdırdığımız kimi, həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyub saxlayan xüsusi qalxanlara malikdir. Lakin bu şərtlər Yer üzündə həyatın mövcud olması üçün kifayət etmir. Çox mühüm olan digər bir şərt atmosferin quruluşudur.

Əvvəlki səhifələrdə də toxunduğumuz kimi, elmi-fantastik filmlər bəzən insanları yanlış istiqamətləndirirlər. Bunun bir nümunəsi bu filmlərdə tez-tez rast gəlinən “asan atmosfer uyğunluğu”dur. Kosmik gəmi ilə uzaq bir planetə yaxınlaşan insanlar planetə enmədən əvvəl atmosferinin tənəffüs üçün əlverişli olub-olmadığına baxarlar. Çox vaxt da, tənəffüs üçün əlverişli bir atmosfer çıxar. Bu ssenarilər bəşər oğlunun asanlıqla və təsadüfən əlverişli atmosferlər tapa biləcəyi təəssüratını vermək məqsədini daşıyır. Halbuki Yer kürəsinin atmosferi, həyat üçün zəruri olan olduqca xüsusi şərtləri bir yerə toplayaraq yaradılmış fövqəladə qarışıqdır.

Yer kürəsinin atmosferi 77% azot, 21% oksigen, 1% karbon və arqon, eləcə də, digər qazların qarışığından ibarətdir. Əvvəlcə bu qazların ən əhəmiyyətlisi olan oksigenlə başlayaq. Oksigen çox əhəmiyyətlidir, çünki insan kimi kompleks bədənlərə sahib canlıların enerji əldə etmək üçün, istifadə etdikləri əksər kimyəvi reaksiya oksigen sayəsində baş verər. Karbon birləşmələri oksigenlə reaksiyaya girirlər. Reaksiya nəticəsində su, karbon qazı və enerji alınır. Hüceyrələrimizdə istifadə etdiyimiz ATF (adenozintrifosfat) adlandırılan enerji paketləri bu reaksiya nəticəsində meydana gələrlər. Məhz biz də bundan ötrü daim oksigenə ehtiyac duyarıq və bu ehtiyacı ödəmək üçün tənəffüs edərik.

Oxumağa davam et

Yer Kürəsinin Temperaturu

Yer kürəsinin həyat üçün ən zəruri şərtləri əvvəla, temperaturu və atmosferidir. Mavi planet, canlıların, xüsusilə də bizim kimi olduqca mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatur səviyyəsinə və tənəffüs edə biləcəyi atmosferə malikdir. Lakin bu iki amil də bir-birindən olduqca fərqli amillərin hər biri üçün ideal qiymətlərin müəyyənləşdirilməsi sayəsində mümkün olmuşdur.

Bunlardan biri Yerin Günəşə olan uzaqlığıdır. Əlbəttə ki, Yer Günəşə Venera qədər yaxın və ya Yupiter qədər uzaq olsaydı yaşamağa imkan verəcək temperatur səviyyəsinə sahib ola bilməzdi. Karbon əsaslı üzvi molekullar, bir qədər əvvəl ifadə etdiyimiz kimi, 120 ⁰C ilə -20 ⁰C arasında tərəddüd edən temperatur intervalında meydana gələ bilər. Günəş sistemində bu temperatur səviyyəsinə sahib olan yeganə planet isə Yer kürəsidir.

Bütün kainat nəzərə alındıqda isə həyat üçün lazım olan bu temperatur intervalının, əslində, əldə olunması çox çətin interval olduğunu görərik. Çünki kainatdakı temperatur göstəriciləri ən isti ulduzlardakı milyardlarla dərəcəlik böyük temperatur göstəricilərindən “mütləq sıfır” nöqtəsi olan -273,15 ⁰C-yə qədər olan temperatur intervalında dəyişə bilir. Bu çox böyük temperatur intervalında karbon əsaslı həyatın yaranmasına imkan verən temperatur intervalı isə çox kiçik intervalda yerləşir. Lakin Yer kürəsi, tam bu temperatur intervalına malikdir.

Oxumağa davam et

Mavi Planet

“Yer kürəsi: atmosferi və okeanlarıyla, mürəkkəb biosferiylə, uyğun şəkildə oksidləşdirilmiş qabığıyla, zəngin silisium yataqlarıyla, çökmə və ya maqmatik süxurlarıyla, zəngin buzlaqları, səhraları, meşələri, tundraları, otlaq sahələri, şirin sulu gölləri, kömür və neft yataqları, vulkanları, heyvanları, bitkiləri, maqnit sahəsi, okean dibi relyefi və hərəkətli maqmasıyla… heyrətləndirəcək dərəcədə mürəkkəb sistemdir”.  Amerikalı geoloq C. Levis (J. S. Lewis) (54. F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 2)

Əgər Günəş sistemində bir səyahətə çıxsanız olduqca qəribə bir mənzərə ilə qarşılaşarsınız. Səyahətə sistemin ən kənarından başladığınızı fərz edək. İlk qarşılaşacağınız cırtdan planet Pluton olacaq. Bu kiçik göy cismi, olduqca “soyuq” bir yerdir. Təxminən -238 ⁰C qədər!.. Bu dondurucu soyuqluqdakı planetin çox nazik atmosferi var. Lakin bu atmosfer sadəcə eliptik bir orbitə sahib olan planetin Günəşə yaxın olduğu dövrlərdə qaz halında olur. Digər vaxtlarda isə buz kütləsinə çevrilir. Bir sözlə, Pluton ölü bir buz kütləsidir.

Günəş sisteminin mərkəzinə bir qədər də irəlilədiyiniz vaxt Neptunla qarşılaşarsınız. Bu planet də olduqca “soyuq”dur: Səth temperaturu -218 ⁰C-dir. Hidrogen, helium və metan qazlarından ibarət atmosferi insan üçün zəhərlidir. Üstəlik, planetin səthində sürəti saatda 2000 km-ə çatan qorxunc fırtınalar əsir.

Oxumağa davam et

Yer Kürəsinin Yeri

Günəş sistemindəki bu möhtəşəm tarazlıqla yanaşı, üzərində yaşadığımız yer kürəsi planetinin bu sistem və ümumiyyətlə kosmosdakı yeri də, yenə mükəmməl bir yaradılışın olduğunu göstərir.

Son astronomik kəşflər sistemdəki digər planetlərin mövcudluğunun yer kürəsinin təhlükəsizliyi və orbiti üçün böyük əhəmiyyət daşıdığını göstərmişdir. Yupiterin mövqeyi buna bir nümunədir. Günəş sisteminin ən böyük planeti olan Yupiter varlığıyla, əslində, yer kürəsinin tarazlığını təmin edir. Astrofizik hesablamalar Yupiterin yerləşdiyi orbitdəki mövcudluğunun yer kürəsi kimi sistemdəki digər planetlərin orbitlərinin sabit qalmasını təmin etdiyini ortaya çıxarmışdır. Yupiterin yer kürəsini qoruyan ikinci bir funksiyasını isə planetoloq Corc Ueteril “Yupiter nə qədər xüsusidir” adlı bir məqalədə belə açıqlayır:“Əgər Yupiterin olduğu yerdə bu böyüklükdə bir planet olmasaydı yer kürəsi, planetlər arası boşluqda hərəkət edən meteoritlərə və kometalara təxminən min dəfə artıq hədəf olardı… Əgər Yupiter olduğu yerdə olmasaydı hal-hazırda biz də Günəş sisteminin mənşəyini araşdırmaq üçün mövcud ola bilməzdik”.52

Bir sözlə, Günəş sisteminin quruluşu, həyatın mövcud ola bilməsi üçün xüsusi nizam və quruluşa malikdir.

Oxumağa davam et

Günəş Sistemi

Kainatdakı nizamı ən açıq şəkildə müşahidə etdiyimiz bölgələrdən biri də planetimizin yerləşdiyi Günəş sistemidir. Günəş sistemində Yer planetindən başqa 8 ayrı planet və bu planetlərin ətrafında olan 172 peyk var. Bu planetlər Günəşə olan məsafələrinə görə: Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun, Urandır. Bu planetlərin və peyklərinin arasında həyata münasib səth və atmosferə sahib olan yeganə göy cismi isə Yer planetidir.

Günəş sisteminin quruluşunu araşdırdığımız vaxt yenə böyük tarazlıqla qarşılaşarıq. Planetləri dondurucu soyuqluqdakı xarici kosmosa sovrulmaqdan qoruyan təsir Günəşin “cazibə qüvvəsi” ilə planetin “mərkəzdənqaçma qüvvəsi” arasındakı tarazlıqdır. Günəş sahib olduğu böyük cazibə qüvvəsindən ötrü bütün planetləri cəzb edər, onlar da fırlanmalarının yaratdığı mərkəzdənqaçma qüvvəsi sayəsində bundan xilas olar. Lakin planetlərin fırlanma sürəti bir qədər daha az olsa, o zaman bu planetlər sürətlə Günəşə doğru cəzb olunar və sonunda Günəş tərəfindən böyük partlayışla udularlar.

Oxumağa davam et

Entropiya və Nizamlılıq

Təbii şəraitdə tərk etdiyiniz bir avtomobil paslanacaq və çürüyəcək. Kainatdakı bütün maddələr hər hansı bir tənzimləmə olmadığı təqdirdə, həmişə nizamsızlığa və fəsada doğru gedir.

Kainatdakı nizamın nə demək olduğunu qavramaq üçün, əvvəlcə kainatın ən əsas fizika qanunlarından biri olan termodinamikanın ikinci qanunundan bəhs edilməlidir.

Termodinamikanın ikinci qanunu kainatda nəzarətsiz və təbii mühit şəraitinə buraxılan bütün sistemlərin zamanla düz mütənasib şəkildə nizamsızlaşmağa, dağılmağa və pozulmağa başlayacağını söyləyir. Eyni həqiqət “entropiya qanunu” kimi də ifadə edilir. Entropiya fizikada bir sistemin nizamsızlıq dərəcəsidir. Bir sistemin nizamlı, mütəşəkkil və planlı bir quruluşdan nizamsız, qeyri-mütəşəkkil və plansız bir vəziyyətə keçməsi həmin sistemin entropiyasını artırır. Bir sistemdəki nizamsızlıq nə qədər çoxdursa deməli, həmin sistemin entropiyası da bir o qədər yüksəkdir.

Oxumağa davam et

Göylərdəki Nizam

“…Elə isə maddənin arxasında başqa bir şey olmalıdır, müəyyən yolla ona nəzarət edən bir şey. Eləcə də, bu, demək olar ki, bir Yaradıcının varlığının riyazi sübutudur”. Amerikalı elmi yazıçı Qay Merçi 44

1054-cü ilin 4 iyul gecəsi Çin imperiyasının astronomları səmada çox diqqətçəkici bir hadisənin baş verdiyini müşahidə etdilər. Səmadakı Buğa bürcünün yaxınlığında birdən çox parlaq bir ulduz ortaya çıxdı. Ulduz o qədər parlaqdı ki, işığı gündüzlər belə asanlıqla görünür, gecələr isə demək olar ki, Aydan daha parlaq görünürdü.

Çinli astronomların gördükləri və qeyd etdikləri bu hadisə, əslində, kainatdakı ən qəribə astronomik formasiyalardan biri di. Bu “ifrat yeni ulduz partlayışı” idi.

İfrat yeni ulduz partlayışı məfhumu astronomlar tərəfindən bir ulduzun partlayaraq dağılmasını adlandırmaq üçün işlədilər. Nəhəng bir ulduz qorxunc partlayışla özünü yox edər və içindəki maddə də yenə qorxunc sürətlə hər tərəfə yayılar. Bu partlayış vaxtı yayılan işıq ulduzun yaydığı normal işıqdan minlərlə qat daha güclüdür.

Oxumağa davam et

Atomların Ritmi

“Əgər təbiətin dərinliklərində həyata keçən işlərin mürəkkəbliyi dünyanın ən zəki beyinləri tərəfindən belə, çətin başa düşülürsə bu işlərin yalnız bir qəza və ya bir kortəbii təsadüf əsəri olduğunu necə düşünə bilərik?” Fizika professoru Pol Devis 31

Biq Bənq elm adamlarının hesablamalarına görə, dövrümüzdən təxminən 17 milyard il əvvəl baş verdi. Hal-hazırda kainatı meydana gətirən bütün maddələr, əvvəlki hissələrdə araşdırdığımız kimi: “yoxdan yaradıldı” və fövqəladə tarazlıq içində müəyyən forma aldı. Lakin Biq Bənqdən sonra yaranan kainat hal-hazırda yaşadığımız kainatdan olduqca fərqli bir yer ola bilərdi.

Məsələn, əvvəlki fəsildə toxunduğumuz dörd əsas qüvvənin qiyməti bir az fərqli olarsa, kainat yalnız radiasiyadan ibarət ola bilərdi. Qarışıq işıqlardan ibarət olacaq bu kainatda, əlbəttə ki, qalaktikalar, ulduzlar, planetlər və biz insanlar ola bilməzdik. Lakin dörd əsas qüvvənin görünməmiş dərəcədə mükəmməl şəkildə yaradılması sayəsində Biq Bənqdən sonra bu gün “maddə” adlandırdığımız şeyin əsas elementi olan atomlar meydana gəldi.

Oxumağa davam et

Kainatı Kim Yoxdan Yaradıb?

Biq Bənqin qələbəsi ilə materialist ehkamının təməli olan “sonsuz kainat” məfhumu da tarixə qarışdı. Bəs Biq Bənqdən əvvəl nə vardı və “yoxluq” olan kainatı böyük partlayışla “varlıq” edən qüvvə nə idi?

Əlbəttə, bu sual Artur Eddinqton kimi digər materialistlərin də xoşuna gəlməyən həqiqəti, yəni yaradılışı göstərir. Əvvəllər ateist olan, lakin sonradan Yaradılışı qəbul edən tanınmış filosoflardan Entoni Flyu keçmişdə bununla bağlı belə demişdi:Etiraf etməyin insan ruhuna müsbət təsir etdiyini söyləyirlər. Mən də etiraf etmək istəyirəm. Biq Bənq modeli bir ateist baxımından olduqca sıxıntılıdır. Çünki elm dini qaynaqlar tərəfindən müdafiə edilən bir iddianı – kainatın başlanğıcı olduğu iddiasını isbat etmişdir.6

Özünü ateist olmaq üçün kor-koranə şərtləndirməyən bir çox elm adamı bu gün kainatın yaradılışında sonsuz qüvvət sahibi olan Allahın varlığını qəbul edir. Məsələn, tanınmış amerikalı astrofizik Hyu Ross kainatın Yaradanının fövqəltəbii varlıq olduğunu belə açıqlayır:“Zaman səbəb-nəticə hadisələrinin meydana gəldiyi ölçüdür. Zaman yoxdursa, səbəb və nəticə də yoxdur. Əgər maddə partlayışla ortaya çıxıbsa, onda kainatı meydana gətirən səbəb kainatdakı zaman və məkandan tamamilə müstəqil olmalıdır. Bu bizə Yaradanın kainatdakı bütün ölçülərin fövqündə olduğunu göstərir. Eyni zamanda, bəzilərinin müdafiə etdiyi kimi, Yaradanın kainat olmadığını və kainatı əhatə etdiyini, kainatın daxilində olan bir qüvvə olmadığını sübut edir.” 7

Oxumağa davam et

“Stasionar Kainat” Nəzəriyyəsi

“Biq Bənq” nəzəriyyəsi güclü dəlillərə görə qısa müddətdə elm dünyasında qəbul edilməyə başlandı. Ancaq materialist fəlsəfəyə və bu fəlsəfənin təməlindəki “sonsuz kainat” fikrinə bağlı olan astronomlar “Biq Bənq” nəzəriyyəsinə qarşı çıxmağa və sonsuz kainat fikrini dirçəltməyə çalışdılar. Bu cəhdin səbəbi qabaqcıl materialist fiziklərdən Artur Eddinqtonun “fəlsəfi cəhətdən təbiətin hazırkı nizamının birdən-birə ortaya çıxması fikri mənə cəlbedici gəlmir” sözündən bəlli olurdu.4

“Biq Bənq” nəzəriyyəsindən narahat olanların başında məşhur ingilis astronom ateist Fred Hoyl gəlirdi. Hoyl XX əsrin ortalarında “steady-state” (sabit vəziyyət – stasionar kainat) adlı yeni bir kainat modelini irəli sürdü. Bu model 19-cu əsrdəki sonsuz kainat fikrinin davamı idi. Hoyl kainatın genişləndiyini qəbul etməklə yanaşı, kainatın məkan və zaman baxımından sonsuz olduğunu iddia edirdi. Bu modelə görə, kainat genişləndikcə maddə lazımi miqdarda, birdən-birə, öz-özünə var olmağa başlayırdı. Yeganə məqsədi materialist fəlsəfənin təməli olan “sonsuzluqdan bəri mövcud olan maddə” ehkamını dəstəkləmək olan bu nəzəriyyə kainatın başlanğıcı olduğunu müdafiə edən “Biq Bənq” modelinə tamamilə zidd idi.

Stasionar kainat nəzəriyyəsini müdafiə edənlər uzun müddət Biq Bənqə qarşı çıxsalar da elm onların əleyhinə idi.

Oxumağa davam et