Hazırda dünyanın əksər hissəsi həm sosial, həm də siyasi xaos yaşayır. Lakin bu vəziyyəti dəyişdirmək istəyənlər də var. Onlar müxtəlif ölkələrdəki hər bir problemi öz problemləri hesab edərək bacardıqları qədər həll etməyə çalışırlar. Afrikada hökm sürən aclığa, yoxsulluğa, daxili münaqişələrə, gəlir bərabərsizliyinə və silahlanmaya həll yolu tapmaq üçün fədakarlıq etməyə səmimi qəlbdən hazırdırlar.
Həmin insanların məqsədi daha ədalətli bir dünyada yaşamaqdır. Onların cəhdləri digər insanlarda da bu yöndə təşviqedici təsir yaradır. Lakin onlar geniş kütlələrə bunu kifayət qədər aşılaya bilmirlər. Buna görə də tez alovlanır, tez də sönür, hətta bəzən yoxa çıxırlar. Ancaq məsələ budur ki, onların bir çoxu problemlərin düzgün həll yolunu tapa bilmirlər. Məsələn, irqi ayrı-seçkiliklə mübarizə aparan bəzi qrupların niyyətləri doğru olsa da, problemi heç bir yolla həll edə bilmədikləri üçün bəzən şiddətə əl atırlar. Halbuki şiddət haqlını haqsız vəziyyətə salan çox yanlış üsuldur. İnsanlara ədalət və sevgini zorakılıqla öyrətmək olmaz. Oxumağa davam et